Dünyada ali təhsil sahəsində baş verən dəyişikliklər, o cümlədən 3 illik bakalavr proqramlarının tətbiqi Azərbaycan üçün də bu məsələyə yenidən baxmağı zəruri edir.
Bunu sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə deyib.
O qeyd edib ki, bu model əmək bazarının dəyişən tələbləri, universitetlərin daha çevik olması, yeni ixtisasların yaranması və təhsil xərclərinin artması ilə əlaqələndirilir.
Fariz İsmayılzadə ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə 3 illik bakalavr proqramının tətbiqi imkanlarının araşdırılmasını, bu mövzuda ictimai dinləmənin keçirilməsini və “Ali təhsil haqqında” qanuna yenidən baxılmasını təklif edib.