Fişənglər adətən iki kameradan təşkil olunur. İlk kameranın içində yanıcı maddələr, əsasən barıt, yerləşir. Bu maddələr fitillə yandırılır, nəticədə böyük miqdarda qaz əmələ gəlir. Yüksək təzyiq fişəngi yuxarı itələyərək reaktiv uçuşu təmin edir. Fişəngin aerodinamik forması onun sabit uçmasına kömək edir.
Fişəng müəyyən bir hündürlüyə çatdıqda, gecikdirici fitil odu digər partlayıcı maddələrin yerləşdiyi ikinci kameraya çatdırır. Burada metal duzları yüksək temperaturda yanaraq müxtəlif rənglər yaradır: stronsium qırmızı, barium yaşıl, mis mavi, natrium isə sarı işıq verir. Bu rənglər atomların həyəcanlanması və enerji yayması ilə bağlıdır.
Partlayış zamanı əmələ gələn qaz sürətlə genişlənir, ətraf havada təzyiq dalğaları yaradır və qulağımız bunu partlayış səsi kimi qəbul edir.
Neandertal
visiontv.az