Mənim həqiqətlərim: Tramp əvvəl qulaqları kəsir, sonra sayır
Mənim həqiqətlərim: Tramp əvvəl qulaqları kəsir, sonra sayır
01.12.2025 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Tramp Putinə boş-boşuna demədi sən Qafqazı artıq unut, Ukrayna barəsində danış. ABŞ Dövlət Katibinin müavini də görünür Qafqaza gəzməyə gəlməmişdi.

***

Hadisələrə filankəsi həbs etdilər, bəhmənkəslə əlaqələri var və sair prizmasından baxmaq yanlışdır. Bu yanaşma emosional xarakterlidir. Hadisələri 10 ildə baş verənlər kontekstində analiz etmək lazım. Gəlinən nəticə onu deyir ki, rəsmi Bakı Rusiyanın 200 ildən çoxdur Azərbaycanda və Qafqazda yaratdığı siyasi, hərbi, iqtisadi və kəşfiyyat arxitekturasını dağıdır, sistem dəyişiklikliyi baş verir, dövlətin müstəqilliyi qarantiyaya alınır. Rusiyanın illərdir yaratdığı təzyiq və təsir mexanizmləri zərərsizləşdirilir. Və bu proses Ermənistanla paralel gedir. Bizdə baş verən proseslərin oxşarı Ermənistanda da baş verir. Çünki Qafqazı xilas etməyin başqa yolu təhlükəlidir və Ukrayna faciəsini yaşaya bilərik. Ona görə dövlətin atdığı addımlar sərt görünə bilər, amma bu yenə deyirəm özünü "demokrat" adlandıranın kimliyi ilə bağlı deyil. Bu Kremldən uzaqlaşmaq, qurtulmaq, ən azı təsirini minimuma endirmək ücun atılan qeyir-populyar bir yoldur. Kremlin alətələrindən qurtulmaq üçün atılan məcburi addımdır.

***

Elə adamlar var ki, bütün günü göz önündə, efirdə, orda-burda tədbirdə amma cəmiyyətə yararlı nə bir fikirləri var, nə də əməlləri. Televiziya verilişlərində massovka olurdu, onlara bənzəyirlər.

***

Fikir verirəm Sosial şəbəkələrdə baş alıb gedən tərbiyyəsizliyin, söyüşün, xaosun mənbəyi əslində peşəkar media hesab etdikləri bəzi sayt və televiziyalardır. Sosial şəbəkədə trend olan mövzuların, görüntülərin çox ordan qaynaqlanır.

***

Maraqlıdı Yermak niyə qurban verildi?

Tramp-Putin xətti qalib gəldi, yoxsa ABŞ ingilislərdən Yermakı alıb, Zelenskiyə təzyiqləri dayandırıb, danışıqlarda Avropanın maraqlarını qəbul edəcək?

Yoxsa Yermak post-Zekenski dövrü üçün hazırlanır?

Bu suallara inandırıcı cavab verənə qulaq asardım.

***

İllərdir rus, fars sevdalıları ilə savaşırıq. Və az-çox öhdəsindən gəlirik. İnandırım sizi 1-2 ilə erməni sevdalılarının əlində girinc qalacağıq. O müğənni söhbətində erməni sevənlərin bu qədər aktiv və çox olduğunu görüb dəhşətə gəldim. Sözün düzü çox yox 10- 20 ildən sonrakı Azərbaycan üçün indidən qorxuya düşmüşəm.

***

Sosial şəbəkələrdəki təhlükə: Cəmiyyətin deqradasiyasına səbəb olan amillər aradan qaldırılır?

Qanunda və inzibati xətalar məcəlləsində dəyişiklik olacaq.

***

Araz bəyin səsini 90-ci illərin əvvəllərindən tanıyıram. Güney Azərbaycanın mayakı olub bu səs. Araz bəyin səsi Güneyin haqq səsinə, savaş səsinə çevrilib Qafqazlara, Anadoluya, Altaylara və Avropaya qədər yayılıb.

Şəkilin açıqlaması yoxdur.

***

Bir variant da mən deyim. Məncə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığını iki ölkənin kəşfiyyat qurumu ya İngiltərə, ya da Çin əldə edə bilərdi. Ya da ikisinin bir yerdə həyata keçirdiyi əməliyyat ola bilər.

***

Rusiya ümidini bunlara bağlayıbsa qorxusu yoxdur. Yox, qaldırılan bayraqlar vasitəsilə öz varlıqlarının bizə sübut etmək istəyirlərsə onda bu bayraqları qatlayıb Kremlə danos yazanların gözünə soxmaq lazımdır.

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

***

Kəlbəcər Azərbaycandan Göyçəyə açılan qapıdır. Bir gün bu qapıdan keçib Göyçəyə, kəndimə gedəcəm.
Günün mübarək Kəlbəcər.

***

Bu düşüklər hara gedir, millətin, Prezidentin, əsgərin zəhmətini yerə vurur. Prezident yüz dəfə deyib ki, müharibədə Azərbaycan əsgəri, milləti qalib gəlib və sülh şərtlərini də biz diqtə edirik. Ona görə özümüzü qalib kimi aparmalıyıq. Yox ey bu düşüklər sülh sözünə bənd idilər, erməni görən də elə bil dədələrini görürlər. Hələ bu düşüklərə zuy tutanları demirəm. Elədikləri qələtdən sonra susmaq əvəzinə hələ camaatı səhv də çıxardırlar.

Ha istəyirəm bu mövzuya qayıtmayım, oxuduqlarım əsəbimə toxunur, yazmağa məcbur oluram.

Ay düşüklər və onun tərəfdarları sən qalibsən ey erməni yox. Sülhü o yalvarıb istəyir, biz yox. O sənin ayağına düşməlidir, sən onun arxasını qucaqlayıb öpməməlisən. Bunu qanmaq beləmi çətindir.

Özü də hələ erməni sülh müqaviləsini imzalamayıb ey xəbəriniz var. Nala-mıxa vurur bu daşnak sürüsü. Bunlar da ermənini öpür. Danış, müzakirə et, xal ver nə bilim başqa qələt et sülh adına. Amma yaltaqcasına, doğman kimi qucaqlayıb əsəbimizi oynatmayın.

***

Tramp anektotda deyilən kimi meşəyə yoxlamaya gedən məmurlara bənzəyir, əvvəl dovşanın qulaqlarını kəsir sonra sayır.

Ukrayna ilə bağlı təkbaşına sülh planı təqdim edir. Tərslikdən həm tərəfdarları, həm də əleyhdarları onun planına qarşı çıxır. İndi də Avropa ilə bu yandan danışıq aparır, Cinlə də digər tərəfdən. Dava edənlər də qalıb qıraqda. Onlardan soruşan belə yoxdur ayın neçəsidir.

P.S. Dünən onu başa saldılar ki, Ukraynanı razı salmaq üçün Avropa ilə razılaşmaq lazım. Məcbur olub onların təkliflərini də qəbul edib planda dəyişiklik etdilər. Bu gün də Rusiyanı razı salmaq üçün Çinin lideri ilə danışıb. Zalım oğlu əvvəl qulaqları say sənə lazım olan qədər kəs də. Ucdantutma niyə kəsib özünü yoxuşa salırsan.

Şöhrət El-Dəniz

visiontv.az