Bir neçə gün əvvəl İnstaqram səhifəsində Urmu gölünün qurumasının fəsadları ilə bağlı video yerləşdirən türk fəal Məhəmməd İzci həbs edilib.
1 avqust 2025-ci ildə kəşfiyyatçılar Məhəmməd İzcinin ata evinə basqın edərək azərbaycanlı fəalı həbs edərkən onun şəxsi əşyalarını, o cümlədən noutbukunu və mobil telefonunu müsadirə edərək aparıblar.
Məhəmməd İzcinin həbsindən sonra onun İnstaqram səhifəsinə də daxil olmaq mümkün olmayıb və bütün yazıları silinib.
Məhəmməd İzcinin həbsindən 12 gün keçməsinə baxmayaraq, bu azərbaycanlı fəalın harada olması ilə bağlı heç bir xəbər yoxdur.
Qeyd edək ki, son zamanlar Urmu gölünün qurumasına etiraz edənlərin susdurulması halları və onlara qarşı təzyiqlər artmaqdadır.
visiontv.az