Marağada mühribəyə görə daha 4 nəfər saxlanıldı
07.04.2026

ABŞ-İran və İsrail müharibəsi ilə əlaqədar Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində daha 4 nəfər saxlanılıb.

Bu barədə İran mediası məlumat yayıb.

"Hava hücumu edilən yerlərin və insanların həbs olunduğu anların görüntülərini xaricdəki media qurumlarına göndərməkdə" ittiham olunublar.

Bununla yanaşı onlar "həssas hərbi və mülki mərkəzlərin foto və video çəkərək düşmən şəbəkələrinə göndərilməsi üçün əvvəlcədən planlaşdırmış fəaliyyət"də günahlandırılıblar.

Həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib.

visiontv.az