ABŞ-lə İsrail İranda avtomobil və dəmir yolu körpülərinə və Xarq adasına zərbələr endirib
07.04.2026

ABŞ və İsrail Təbriz-Zəncan magistral yolundakı körpüyə zərbə endirib.

IRNA  xəbər verir ki, bu barədə Şərqi  Azərbaycan Valiliyi məlumat yayıb. Məlumata görə, köhnə Qaraçəmən-Miyanə yolu da zərbələr səbəbindən hər iki istiqamətdə bağlanıb.

Bundan əlavə, ABŞ və İsrail təyyarələrinin İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığındakı Yəhyabad dəmir yolu körpüsünə də zərbə endirdiyi, nəticədə iki nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir.

IDF-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İranın bir neçə bölgəsində daha bir "genişmiqyaslı" hava hücumu həyata keçirib.

İsrail Müdafiə Qüvvələri bildirir ki, zərbələr İran rejiminin onlarla infrastruktur obyektini hədəf alıb və əlavə məlumat daha sonra veriləcək.

visiontv.az