SEPAH-ın "Qüds" qanadının öldürülmüş komandanı Qasım Süleymaninin qızı Nərgiz Süleymani ABŞ-nin həbs etdiyi Həmidə Süleymani Əfşar və onun qızı ilə hər hansı qohumluq əlaqəsinin olduğunu inkar edib.
"Jamaran News" xanım Süleymaninin ABŞ-də həbs olunan şəxsin kimliyi ilə bağlı açıqlamasının "inanılmazdır... Çünki əsasən hər iki qardaşı övladı xanım deyil, bəydir" deyə yazdığı mətni dərc edib.
O, əlavə edib: "Bu günə qədər Süleymaninin ailəsindən və ya qohumlarından heç kim ABŞ-də yaşamayıb".
Qeyd edək ki, bu gün ABŞ Dövlət Departamenti Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin cümə günü ABŞ federal agentləri tərəfindən həbs olunduğunu və onların yaşayış icazələrinin (Green Card) ölkənin dövlət katibi Marko Rubionun gğstərişi ilə ləğv edildiyini açıqlayıb.
visiontv.az
ABŞ-lə İsrail İranda avtomobil və dəmir yolu körpülərinə və Xarq adasına zərbələr endirib