Londonun “Arsenal” klubu 22 ildən sonra ilk dəfə futbol üzrə İngiltərə çempionu olub
22.05.2026

Londonun “Arsenal” futbol klubu çempionatın sondan əvvəlki turunda onun ən yaxın rəqibi olan “Mançester Siti”nin “Bornmut” ilə heç-heçə oynamasından sonra vaxtından əvvəl İngiltərə çempionluğunu təmin edib.

Bu oyundan əvvəl “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində “Arsenal”dan beş xal geri qalırdı (82 xala qarşı 77 xal). Lakin “Bornmut” ilə 1:1 hesablı heç-heçədən sonra 78 xal toplayan “Mançester Siti” çempionatın son turunda artıq “Arsenal”a çata bilməyəcək.

2025/26 mövsümündə London komandasına ispaniyalı məşqçi Mikel Arteta rəhbərlik edir. Bu titul “Arsenal” üçün 14-cü çempionluqdur, lakin komanda sonuncu dəfə 22 il əvvəl - 2003/04 mövsümündə İngiltərə çempionu olmuşdu.

Bu il “Arsenal” həmçinin Çempionlar Liqasının finalına yüksəlib. Mayın 30-da komanda Budapeştdəki “Ferens Puşkaş” stadionunda Fransanın “Pari Sen-Jermen” klubu ilə qarşılaşacaq.

visiontv.az