"Müharibənin məqsədlərindən biri Əhmədinejadı hakimiyyətə qaytarmaq idi"
22.05.2026

The New York Times xəbər verir ki, İranla müharibənin başlanmasının ilkin məqsədlərindən biri keçmiş İran prezidenti Mahmud Əhmədinejadın yenidən hakimiyyətə gətirilməsini müzakirə etmək olub.

Qəzet yazır ki, ABŞ rəsmiləri Əhmədinejadla bu plan barədə məsləhətləşiblər, ancaq sonradan çətinliklərlə üzləşərək bu ideyadan çəkildikləri bildirilir.

NYT daha sonra iddia edir ki, İsrailin Tehrandakı evinə edilən hücumun ilk günündə Əhmədinejad yaralanıb. Bu hücumun məqsədinin onu “ev dustaqlığından azad etmək” olduğu iddia edilib. Lakin əvvəlki media xəbərləri Əhmədinejadın hücumdan əvvəl evini tərk etdiyini və onun “ev dustaqlığı” xəbərlərinin təkzib olunduğunu göstərirdi.

Qəzet xatırladır ki, Əhmədinejad son illərdə İran hakimiyyəti ilə fikir ayrılığı yaşayıb, seçkilərdən kənarlaşdırılıb və ictimai fəaliyyətinə məhdudiyyətlər qoyulub.

visiontv.az