Monitorinq resursunun qeyd etdiyi kimi, İranın sanksiya altındakı boş neft tankerləri ABŞ-ın blokadasından maneəsiz keçməyə davam edir.
Yəməndəki husilərə müntəzəm olaraq İranın mayeləşdirilmiş neft qazını daşıyan “VINA/VALLEY” gəmisi bu gün ABŞ-ın blokadasını uğurla keçib. Gəmi aktiv eyniləşdirmə sistemi (AIS) ilə Hörmüz boğazına daxil olub.
Eyni zamanda, İrana məxsus daha bir iri neft tankeri də Hörmüz boğazına daxil olub. Vurğulanır ki, boş tankerlərin əraziyə daxil olması İrana neftin saxlanılması və hasilatı üçün daha çox vaxt qazanmaq imkanı verir.
visiontv.az