Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.
TƏBİB-dən Visiontv.az-a bildirilib ki, ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub.
Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.
Baş verənlərin formaşaldırdığı risklər və bəxş etdiyi şanslar: hansılar daha önə çıxacaq?