Konveksiya və ya tüstü niyə sizə tərəf gəlir?
01.08.2026

Yəqin ki, bunu çoxumuz müşahidə etmişik. Əgər tonqalın və ya siqaret çəkən bir adamın yanında durursunuzsa, tüstü sanki hər zaman sizə tərəf gəlir. Bunun arxasında isə fizika dayanır.

İnsan bədəninin temperaturu ətrafdakı havadan daha yüksəkdir. Bədənimiz ona yaxın olan havanı qızdırır, qızmış havanın sıxlığı azalır və o, yuxarı qalxır. Bu hadisəyə təbii konveksiya deyilir. Yuxarı qalxan havanın yerini doldurmaq üçün isə ətrafdan, xüsusilə aşağı və yan tərəflərdən yeni hava bədənə doğru hərəkət edir. Əgər həmin havada tonqal və ya siqaret tüstüsü varsa, tüstü hissəcikləri də bu axına qoşularaq sizə doğru hərəkət edə bilər.

Üstəlik nəfəs almaq, bədən hərəkətləri, külək və otaqdakı zəif hava cərəyanları tüstünün istiqamətinə təsir edir. Yəni tüstü sizi xüsusi olaraq seçmir, sadəcə görünməyən hava axınlarını izləyir.

visiontv.az