Videoda onun tez-tez getdiyi məkanlar barədə məlumat verilir.
Video İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan Tasnim agentliyi tərəfindən yayımlanıb.
Videoda “azadlıq mübarizləri” ABŞ-nin birinci xanımını aradan götürməyə çağırılır və onun tez-tez baş çəkdiyi mağazaların ünvanları təqdim olunur.
Həmin butiklərdəki geyimlərə sinir-iflicedici maddələrin vurulması təklif edilir.
Videoda həmçinin bildirilir ki, Melaniyanın hərəkət marşrutları boyunca bütün zibil konteynerləri yollardan götürülür, kanalizasiya lyukları isə möhkəm şəkildə bağlanır.
Qeyd olunur ki, Melaniyanın olduğu yerlər barədə məlumatlar gizli agentlərdən və peyklərdən əldə edilir.
İranın yaydığı bu video sayəsində bütün bu məlumatlar açıq mənbələrdə əlçatan olub.
Ağ Ev hələlik videonun yayılmasına münasibət bildirməyib.
Lakin İran ilk dəfə deyil ki, buna bənzər hadisə ilə gündəmə gəlir.
ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, İran üçün bir nömrəli hədəf məhz odur.
visiontv.az