İran Küveytdə Çin şirkətinə məxsus binanı vurub
01.08.2026

İranın həyata keçirdiyi zərbə nəticəsində Küveytin şimalında Çin şirkətinə məxsus bina vurulub. Hadisə zamanı bir işçi həlak olub, binaya isə ciddi ziyan dəyib.

Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü polkovnik Səud Əbdüləziz əl-Atvan bildirib ki, aidiyyəti qurumlar hadisədən dərhal sonra əraziyə cəlb olunub və insident digər dövlət qurumları ilə koordinasiyalı şəkildə araşdırılır.

Küveyt Silahlı Qüvvələri isə ölkənin suverenliyini, təhlükəsizliyini və sakinlərini qorumaq üçün tam hazırlıq vəziyyətində olduqlarını bəyan edib.

visiontv.az