Konqoda Ebola virusundan ölənlərin sayı 250-ni ötüb
22.06.2026

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1 003-ə çatıb, 254 xəstə ölüb.

Bu barədə EFE agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Konqo hakimiyyətinin son hesabatında qeyd edilib ki, virusun hazırkı növünə yoluxma nəticəsində ölüm səviyyəsi 25 % təşkil edir.

"Zərər çəkmiş ərazilərdə tədqiqatlar, epidemioloji nəzarət və profilaktik tədbirlər fəal şəkildə davam etdirilir. Onlar epidemiyanın yayılmasının qarşısını almaq üçün əhalinin məlumatlandırılması və yardım göstərilməsində səylərini artırmağa davam edirlər", - hesabatda vurğulanıb.

Epidemiyanın episentri  Konqonun şərqindəki İturi əyaləti olaraq qalır, burada 205 ölüm halı qeydə alınıb.

visiontv.az