Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və respublikadakı diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Hüseyn Quliyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonrakı inkişafını müzakirə ediblər.
Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Şavkat Mirziyoyev azərbaycanlı diplomatın ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki səmərəli fəaliyyətini və şəxsi töhfəsini xüsusi qeyd edib.
Ş.Mirziyoyev Azərbaycan səfirinə "Mehnat Shuhrati" ordenini təqdim edib.
visiontv.az