"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması Gürcüstan, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının və uğurlu əməkdaşlığının daha bir göstəricisidir".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ dəmir yolu xəttinin rəsmi istismara verilmə mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BTQ xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərirdi və daşınan yüklərin həcmi ildən ilə artırdı.
Kobaxidze qeyd edib ki, BTQ-nın istismara verilməsi ilə Orta Dəhlizin rəqabətliliyi daha da artacaq.
visiontv.az