Yerli mənbələr və məlumatlı şəxslərin bildirdiyinə görə, Güney Azərbaycan türkü olan, Kərəc sakini 27 yaşlı Milad Hüseyni yanvarın 8-də bu şəhərdə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində həyatını itirib.
Məlumata əsasən, Milad etirazlarda iştirak edərkən təhlükəsizlik qüvvələri tərəfindən atılan saçaqlı güllələrin hədəfi olub və ağır yaralanıb. Saçaqların yaratdığı ciddi xəsarətlər onun səhhətinin kəskin pisləşməsinə səbəb olub və göstərilən tibbi müdaxilələr nəticə verməyib.
Ailəsi və yaxınları bildiriblər ki, o, tibb müəssisəsinə aparıldıqdan bir neçə saat sonra həyatını itirdiyi barədə onlara məlumat verilib.
visiontv.az