İran polisi 9 yaşlı uşağı öldürdü
30.01.2026

İran polisi Hormüzqan əyalətinin Sirik bölgəsində 9 yaşlı Əmirəli Nurizadəni güllələyərək öldürüb.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, uşaq, İran polisinin pərakəndə yanacaq qaçaqmalçılığında şübhəli bilinən minik avtomobilinə atəşi nəticəsidə həlak olub.

Polislərin avtomobilə əvvəlcədən xəbərdarlıq etmədən atəş açdıqları bildirilib.

visiontv.az