“Bir daha açıq şəkildə bəyan edirik ki, İranda hərbi müdaxilənin əleyhinəyik”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, danışıqlara başlanması problemin həlli istiqamətində ən uyğun yoldur.
Hakan Fidan Türkiyənin İrana qarşı hər hansı bir hərbi müdaxiləyə qarşı olduğunu vurğulayıb.
“Hadisələrin səngiməsi məmnunluq doğurur. Məsələlərin xarici müdaxilə olmadan, dinc yollarla həll edilməsini istəyirik. İranla birgə PKK-ya qarşı ortaq mübarizə vacibdir. İran ilə ABŞ arasında nüvə danışıqları həyati əhəmiyyət daşıyır. İrana qarşı hərbi müdaxiləyə qarşıyıq. Problemlərin həlli üçün son və məcburi variantlara əl atılmasına da qarşıyıq”- Hakan Fidan əlavə edib.
Visiontv.az