Statistikaya görə, pasiyentlər arasında yayılma səviyyəsinə görə birinci yerdə katarakta dayanır. Bu, göz büllurunun bulanıqlaşmasıdır və xüsusilə yaşlı insanlarda görmə itiliyinin azalmasının əsas səbəblərindən biridir.
Katarakta daha çox yaşlı insanlarda yaranır. Bununla yanaşı, anadangəlmə ola və ya travma nəticəsində inkişaf edə bilər. Yaş artdıqca göz bülluru şəffaflığını itirir, bulanıqlaşır və sərtləşir.
İkinci yerdə refraksiya pozuntuları - yaxındangörmə, uzaqgörmə və astiqmatizm gəlir.
Daha sonra uşaqlarda göz xəstəlikləri, göz dibinin xəstəlikləri, iltihabi xəstəliklər, vitreoretinal patologiyalar və qlaukoma gəlir.
visiontv.az