Karterin Tranmpa verdiyi məsləhət təsdiq edir ki, o, intellekt sahibidir...
06.01.2025

ABŞ-ın 39-cu prezidenti Ceyms (Cimmi) Karter (1978-1981) 2019-cu ilin aprelində mömin xrisrianlar qarşısında çıxışında dedi ki, prezident Tramp Çinlə bağlı məsləhət almaq üçün ona zəng vurub. Karter Trampa deyib ki, Çin iqtisadi cəhətdən ABŞ-ı dünyanın ən böyük və ən dinamik iqtisadiyyatı kimi qabaqlayır, çünki Birləşmiş Ştatlar sonsuz müharibələr aparmaq üçün onilliklər ərzində trilyonlarla dollar xərcləyib, Çin isə bunun əvəzinə iqtisadi inkişafa diqqət yetirib. İqtisadi inkişafdan qazandığı yüz milyonlarla dolları xalqını ifrat yoxsulluqdan qurtarmaq üçün xərcləyib. "Çin müharibəyə bir qəpik də sərf etməyib" Karter deyib, "və buna görə də Çin demək olar ki, hər cəhətdən bizdən öndədir"...

Bizdə Donald Trampa dəli deyənlər var. Gördüyünüz kimi, bu “dəli” Amerikanı Çin qarşısında məğlubiyyətdən xilas etmək haqqında ciddi şəkildə düşünür. Hətta bu məqsədə nail olmaq üçün keçmiş prezidentdən məsləhət də istəyib. Ceyms Karter də son dərəcə ağıllı birisi olduğunu göstərərək ona dəyərli məsləhət verib. Diqqət edin: Amerikada sağ olan xeyli keçmiş prezident var. Ancaq Donald Tramp məhz cənab Karterə zəng vurub. Əlbəttə, bu seçim təsadüfi deyil. Ən azı Karterin verdiyi məsləhət təsdiq edir ki, o, intellekt sahibidir...

Ona görə də Donald Tramp dönəmində ABŞ müharibələrdən qaçıb. Əminəm ki, bundan sonra da qaçacaq. Niyə? Çünki ABŞ-ın dövlət maraqları bunu tələb edir. Məcburiyyətdən Donald Tramp sülhdən danışır. Rusiya-Ukrayna müharibəsini bitirəcəyini bildirir...

Donald Trampın sülhə köklənməsi faktından Azərbaycan necə yararlana bilər? Azərbaycanın Xarici İşlər Nazirliyi Amerikanın davranışında öz əksini tapacaq bu amili nəzərə alaraq siyasət yeritməlidir...

P.S Onu da deyim ki, ABŞ-ın dövlət borcu misli görünməmiş həddə-36 trilyon dollardır. Bu, ciddi rəqəmdir. Hətta Amerika üçün də...

Elbəyi Həsənli

visiontv.az