Kanada bu ölkədə İran prezident seçkilərinin keçirilməsinə icazə vermədi
26.06.2024

Kanada hökuməti Tehran rejiminin bu ölkədə yaşayan iranlılar arasında 14-cü prezident seçkilərinin keçirilməsi üçün səsvermə məntəqələrinin yaradılmasına icazə verməyib.

Bu barədə İranın Seçki Qərargahının sözçüsü Möhsün İslami məlumat yayıb.

O, Kanadanın əksinə olaraq, ABŞ-in seçki keçirilməsinə icazə verdiyini deyib.

Qeyd edək ki, Kanada bundan əvvəl 2021-ci ildə də İranda keçirilən 13-cü dövr prezident seçkiləri zamanı bu ölkədə yaşayan iranlılar üçün səsvermə məntəqələrinin qurulmasına icazə verməmişdi.

visiontv.az