İranda etnik və dini faylar təhrik edilməməlidir, onlar tezliklə əriyə və dağıdıcı alova çevrilə bilər.
Bunu İranın irşad naziri Seyid Abbas Salehi özünün X hesabında yazıb.
"Birliyi pozan hər bir səs, hərəkat indi daha qorxulu ola bilər, ona görə də, ölkənin indiki durumunda əvvəlkindən də diqqətli olmalıyıq",- o əlavə edib.
İranlı nazirin iki gün əvvəl Urmu şəhərində Azərbaycan türklərinin izdihamlı mitinqindən sonra bu paylaşımı edib.
Qeyd edək ki, martın 18-də kürdlər Urmu şəhərində bayram şənliyini siyasi mitinqə çevirib və Qərbi Azərbaycan əyalətinə torpq iddiası irəli sürüblər.
Bundan sonra martın 22-də Urmu şəhərində on minlərlə Azərbaycan türkünün iştirak etdiyi izdihamlı mitinq keçirilib, ərazi iddialarına sərt reaksiya verilib.
visiontv.az