İranlı “ekspert” Azərbaycana qarşı uzunmüddətli plan ssenarisi yazdı
23.10.2026

Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst iranlı siyasi şərhçi Ehsan Movəhhediyan “İran Diplomatiyası” nəşrində çıxan məqaləsində həyasızcasına Azərbaycan hakimiyyətini ölkənin milli kimliyini dəyişdirməkdə və şiə dini ənənələrini zəiflətməkdə ittiham edib.

O, ikiüzlülüklə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini İranın milli təhlükəsizliyi üçün təhdid adlandıraraq, Tehranı Bakıya qarşı daha fəal strategiya yürütməyə çağırıb.

Ekspertin uydurmasına görə, vahid məktəb geyimi ilə bağlı qaydalar, din xadimlərinin fəaliyyətinə nəzarət vahid siyasətin tərkib hissəsidir.

O, bu proseslərin gələcəkdə İranın Qafqazdakı təsirini zəiflədə, İranın şimal-qərbində etnik gərginliyi artıra və iki ölkə arasında təhlükəsizlik problemləri yarada biləcəyini yazıb.

Qərəzli ekspert İranın Türkiyə və Rusiya ilə diplomatik əməkdaşlığı genişləndirməsini, eləcə də Bakıya qarşı siyasi təzyiq imkanlarını artırmasını təklif edib.

Görünür, Movəhhediyan özünü həm siyasi şərhçi, həm də gələcəyi proqnozlaşdıran mütəxəssis hesab edir. Təəssüf ki, bu qədər iddianın arasında konkret sübutlar və əsaslandırılmış təhlil arxa plana keçir. Azərbaycanla bağlı hər mövzuda hökm verməyə tələsən “ekspert”in bircə şeyi unutduğu görünür: proqnoz yazmaq asandır, onu faktlarla əsaslandırmaq isə tamam başqa məsələdir.

visiontv.az