“İrandan bir qram belə zənginləşdirilmiş uran çıxarılmayacaq”
23.10.2026

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkədəki zənginləşdirilmiş uranın xaricə çıxarılmayacağını açıqlayıb.

Rzayi Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə görüşü zamanı bildirib ki, İran ərazisindən bir qram belə zənginləşdirilmiş nüvə materialı çıxarılmayacaq.

O, zənginləşdirilmiş uranı ölkənin daxili ehtiyacları üçün nəzərdə tutulan milli sərvət adlandırıb.

visiontv.az