“İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”
29.06.2026

İsrailin BƏƏ-dəki səfiri Yossi Şelli bildirib ki, İranla son müharibə İsrail və Fars körfəzi ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.

"Jerusalem Post"a müsahibəsində Şelli qeyd edib ki, 2020-ci ildə imzalanmış İbrahim Sazişləri çərçivəsində qurulan tərəfdaşlıq son proseslərdən sonra yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, İranın hücumları Körfəz ölkələrinin İsraildən uzaqlaşmasına deyil, əksinə, tərəflərin bir-birinə daha da yaxınlaşmasına gətirib çıxarıb.

"İranın raket və dronlarla həyata keçirdiyi hücumlar İsrail və BƏƏ-nin ortaq təhlükəsizlik maraqlarını daha aydın şəkildə ortaya qoyub və birgə müdafiə əməkdaşlığının əhəmiyyətini artırıb", - deyə səfir əlavə edib.

visiontv.az