Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib
29.06.2026

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib.

Prezident  İlham Əliyev bununla bağlı  "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və  xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.

visiontv.az