İranın Qərbi Azərbaycan əyalətində 4 bal gücündə zəlzələ baş verib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.
Yeraltı təkanlar Qərbi Azərbaycan əyalətinin Piranşəhər şəhərinin Gərdəkşanə bölgəsində 6 km dərinlikdə qeydə alınıb.