Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi
25.04.2024

Yeni salınmış evlər, yeni çəkilmiş qaz xətləri və yeni quraşdırılmış qaz sayğacları. Bura Masallı rayonu, Şərəfə kəndinin 50 evdən ibarət elə özü də yeni salınan yaşayış massividir. Kənd sakinlərini bir araya gətirən səbəb də massivdə qeydə alınan yeniliyi - təbii qazın verilişini qeyd etməkdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, SOCAR-ın “Azəriqaz” İB-nin məsul şəxsləri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, Şərəfə kəndinin yeni yaşayış massivinin qazlaşdırılması üçün müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da abonentlərin mavi yanacağa əlçatanlığı təmin edilib. Daha sonra sakinlər təbii qazla bağlı müraciətlərinin qısa zamanda həllini müsbət qiymətləndirərək ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

visiontv.az