İranın milli valyutası dollara nisbətdə kəskin ucuzlaşaraq 182 min tümən oldu
30.04.2026

Son iki gündə İranın azad bazarında dolların qiymətində əhəmiyyətli sıçrayış olub və hər 1 ABŞ dolları 170 min tüməndən bahaya satılıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında valyuta məzənnəsi saytları İranın açıq bazarında ABŞ dollarının qiymətini 171.000 tüməndən çox elan etsədə, bu, günorta saatlarında 182 min tüməni də keçib. Bu, bu günə kimi İranda dolların qeydə alınan ən yüksək qiymətidir.

Bununla yanaşı yevro da kəskin bahalaşaraq 213 min tümən səviyyəsinə çatıb.

Dünya mediası, o cümlədən AFP agentliyi bunu "İranın milli valyutasının ən böyük ucuzlaşması" başlığı ilə paylaşıb.

Qeyd edək ki, ABŞ-İran və İsrail müharibəsi günlərində dolların qiyməti 150.000 ilə 160.000 tümən arasında dəyişirdi.

visiontv.az