Sky News xəbər verir ki, İran Britaniyada cinayətkar və terror fəaliyyətləri üçün insanları cəlb etmək məqsədilə “Telegram” tətbiqindən istifadə edir.
Məlumata görə, İranın kəşfiyyat xidmətləri ilə əlaqəli olan bir Telegram kanalı yeniyetmələri və cinayət keçmişi olan insanları hədəfə alır. Bu kanalda onlara obyektlərin və insanların görüntülərinin çəkilməsi kimi tapşırıqlar üçün 500 - 2000 dollar arasında təkliflər verilir.
Britaniyanın terrorçuluğa qarşı mübarizə polisi artıq bu tip əməkdaşlığa cəlb etmə mesajlarının Londonda yəhudi icma mərkəzlərinə və fars dilli media orqanlarına edilən son yanğın hücumlarında rolunu araşdırır.
Habelə, ingilis və ivrit dillərində fəaliyyət göstərən çatbotların, Rusiya kəşfiyyat xidmətinin istifadə etdiyi metodlara bənzədiyi üçün təhlükəsizlik mütəxəssisləri arasında narahatlıq yaratdığı bildirilir.
visiontv.az