Azərbaycanın Tehrandakı səfirliyinin qarşısında İslam Respublikasının ideologiyasını davam etdirən bir qrup şəxs Azərbaycanda tətbiq olunan vahid məktəbli geyimi qaydalarına qarşı etiraz aksiyası keçirib.
Aksiya iştirakçılarının əllərində müxtəlif plakatlar olub. Etirazçılar məktəbli geyimi qaydalarını hicab məsələsi ilə əlaqələndirərək narazılıqlarını ifadə ediblər.
Azərbaycanın məktəbli geyimi qaydaları Tehranda elə böyük müzakirə mövzusuna çevrilib ki, məsələ artıq səfirliyin qarşısına qədər daşınıb. İranda qadınların məcburi hicaba qarşı etirazları və bu etirazların ağır nəticələri hələ də yaddaşlardadır.
Görünür, Tehranda bəzi dairələr üçün qadınların geyim seçimi yalnız Azərbaycan haqqında danışanda prinsip məsələsinə çevrilir. Öz ölkəsindəki problemlərə də eyni həssaslıq göstərilsəydi, bu etirazlar daha inandırıcı görünərdi.
visiontv.az