2025-ci ilin aprel ayından 2026-cı ilin aprel ayına kimi İranda 19,540 nəfər yol qəzalarında həlak olub, 378,729 nəfər isə yaralanıb.
Bu barədə İran Tibbi Ekspertiza Təşkilatı məlumat yayıb.
Onlardan 15,660-i (80%) kişi, 3,880-i (20%) isə qadındır.
Yol qəzalarında ən çox həlak olanların Tehran, Fars və Sistan və Bəlucistan əyalətində qeydə alındığı bildirilib.
visiontv.az