Brüssel qərar verdi: Aİ Ukrayna münaqişəsinin həllində rolunu aktivləşdirir
19.06.2026

Avropa Ukraynadakı münaqişənin nizamlanmasında aparıcı rol oynamalıdır. Belə bir nəticəni 18 iyun tarixində Avropa İttifaqı (Aİ) Şurasının iştirakçıları Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarına əsasən qeyd ediblər.

 Bu barədə  Avropa Şurasının saytındakı bəyanatda deyilir.

"Avropa gələcək  nizamlanmada əsas rol oynayır və öz maraqlarını müdafiə etməyə hazırdır", - deyə bəyanatda qeyd olunur.

Bundan əlavə, qeyd olunur ki, Aİ  Ukrayna münaqişəsinin nizamlanmasında iştirakını "aktivləşdirməyə hazırdır".

visiontv.az