İran Milli Əhali Qərargahının nümayəndəsi bildirib ki, ölkədə nikah və doğum səviyyəsi o qədər azalıb ki, statistikaya əsasən nikahların sayı 2010-cu illə müqayisədə “yarıbayarı” azalıb.
Mərziyə Vəhid Dəstcərdi Milli Əhali Günü ilə bağlı keçirilən tədbirdə qeyd edib ki, Əhalinin Vətəndaşlıq Qeydiyyatı İdarəsinin məlumatlarına görə, 2010-cu ildə ən yüksək nikah göstəricisi 891 min 627 olub, lakin bu rəqəm 2025-ci ildə 431 min 21-ə düşüb ki, bu da təxminən 50% azalma deməkdir.
Dəstcərdi həmçinin qeyd edib ki, 1404-cü ildə doğumların sayı 892 min 278 olub. O, ölkəyə qarşı qısa müddət ərzində baş vermiş iki müharibənin doğum göstəricilərinə “birbaşa və danılmaz təsir göstərdiyini” bildirib.
O, İran keçmiş rəhbəri Əli Xameneinin əhali artımı ilə bağlı narahatlıqlarına da toxunaraq, əhalinin azalmasını İranın gələcəyi üçün “ciddi təhlükə siqnalı” adlandırıb.
Dəstcərdi vurğulayıb ki, doğumların artırılması üçün əsas amillər — dayanıqlı məşğulluq, mənzil təminatı və gənclərdə ümidin yaradılmasıdır. Onun sözlərinə görə, bu sahələr mövcud qanunvericilikdə kifayət qədər əhatə olunmayıb.
visiontv.az