İranda İsrailə görə daha bir məhbus edam edildi
23.04.2026

Bu barədə İran məhkəmə sisteminin "Mizan" saytı məlumat yayıb.

Edam edilən Soltanəli Şirzadi Fəxr müxalif "İran Xalq Mücahidləri Təşkilatı"nın üzvü olub.

İran hökumətinin məlumatına görə, o, həmçinin İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda da təqsirli bilinib.

Qeyd edək ki, martın sonunda və aprelin əvvəlində İranda "İran Xalq Mücahidləri Təşkilatı"nın bir neçə üzvü İsraillə əməkdaşlıqda ittiham olunaraq edam edilib.

visiontv.az