Təhlükəsizlik məmurları Kirman əyalətində İsrallə əlaqəli olan 4 nəfəri həbs edib.
Bu barədə İran televizyası məlumat yayıb.
Məlumata görə, saxlanılanlar hökumətə müxalif olan və İsrailə bağlı təşkilatın üzvləridirlər.
Onlar "hökumət mitinqində odlu silahdan atəş açmaq"da günahlandırılıblar.
Kəşfiyyat Nazirliyi həmçinin iddia edib ki, bu şəxslərdən bir sıra odlu silah, sursat və partlayıcı qurğuların düzəldilməsi üçün materiallar aşkar edilib.
Bununla yanaşı Lorestan əyalətində də İsrailə məlumat ötürdüyü iddia olunan casusun həbs edildiyi bildirilib.
Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.
visiontv.az
Ermənilər sülhı yox, Paşinyanın təklif etdiyi Avropa "dəyərlər"inə səs verəcəklər - VİDEO