Avropa Komissiyası (AK) biznes sahəsində dəyişikliklərə hazırdır.
Visiontv.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə AK-nın sədri Ursula fon der Lyayen məlumat verib.
"Biz dəyişikliklərə nail olmaq istəyirik. Məqsədimiz odur ki, Avropada şirkətlərin böyüyəcəkləri və ehtiyac duyduqları qlobal rəqabət qabiliyyətini inkişaf etdirə biləcəkləri mühiti sürətli, səmərəli şəkildə yaratmaq mümkün olsun", - deyə komissiya sədri bildirib.
Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts başda olmaqla alman siyasətçilər fon der Lyayen üçün 27 bənddən ibarət sərt ultimatum hazırlayıblar.
visiontv.az
Ermənilər sülhı yox, Paşinyanın təklif etdiyi Avropa "dəyərlər"inə səs verəcəklər - VİDEO