Sabunçu tunelindəki çökmə aradan qaldırılaraq bərpa ediləcək
28.04.2026

Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq.

 Bu, Prezident  İlham  Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və  Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

Sərəncama əsasən, eyni zamanda xəttin bərpası da nəzərdə tutulub.

visiontv.az