“İrana zərbə olmazsa, rejim güclənəcək”
02.02.2026

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi zərbədən imtina etməsinin ayətullah rejimini daha da gücləndirəcəyini bildirib.

Bununla bağlı, “Axios” nəşrinin müxbiri Barak Ravid “X” hesabında məlumat yayıb.

Məlumata görə, Xalid bin Salman yanvarın 30-da Vaşinqtonda keçirilən qapalı brifinq zamanı qeyd edib ki, əgər Tramp İrana qarşı səsləndirdiyi təhdidləri reallaşdırmasa, Tehran bunu zəiflik əlaməti kimi qəbul edəcək. Nazir vurğulayıb ki, bu mərhələdə hərbi addımın atılmaması rejimə əlavə inam verəcək və onu daha da cəsarətləndirəcək.

Qeyd olunur ki, bu açıqlama bölgədə İranla bağlı artan təhlükəsizlik narahatlıqları fonunda səsləndirilib.

visiontv.az