Ya passiv seyr etməlisən, ya da informasiyanın içində
30.01.2026

İrana zərbə endiriləcəkmi? Prosesin qarşısını almaq mümkün olmayacaq. Dəyişikliklərin kosmetik və ya dərindən olmasından asılı olmayaraq nüvə potensialının məhv edilməsi İsrail üçün vacibdir.

İran təbii qaz və neft ehtiyyatlarına görə dünyada II və III yerlərdədir. Tramp yaxşı maliyəçidir. O və yanındakılar belə davam edərsə ABŞ dünya liderliyini Çinə təhvil verəcəyini görürlər. Ona görə nəqliyyat yolları və iqtisadi resurslar uğrunda müharibələrə başlayıblar. Trampa qədər Çin dünyanın ticarətini, yollarını əlinə almışdı. ABŞ yuxudan oyanıb gördü ki, hətta Latın Amerikasında Vaşinqton yox, Pekin yollara baxır. Səhvlərini düzəltdilər.

İndi İran deyir ki, Hörmüz boğazını bağlayacam. Bundan qabaq da deyirdi. Bağlaya bilməz. Çünki ən çox maliyə itkisini Çin verər.

Uzun sözün qısası, son hadisələr kifayət qədər ciddi hadisələrdir. Təsəvvür edin İran dünyaya neft - qaz satır, yollar açılıb və sair. Bunun bizə təsirləri necə olacaq və sair. Ya passiv seyr etməlisən, ya da informasiyanın içində. Zənnimcə düzgün yoldayıq.

Politoloq Zaur Məmmədov

visiontv.az