İrana casusluq etdiyi üçün həbs edilənlərin sayı dörd dəfə artıb
05.01.2025

İsrailin daxili təhlükəsizlik təşkilatı (Şin Bet) ölkədə İrana casusluq üçün 13 hadisədə 27 nəfərin həbs edildiyini açıqlayıb. Bildilib ki, təqsirkarlar dindirildikdən sonra məhkəməyə təhvil veriliblər.

Məlumata görə, İran üçün casusluq ittihamı ilə həbs olunanların sayı 2023-cü ildəkindən dörd dəfə çox olub.

Qeyd olunub ki, 2024-cü ildə həbs olunanlardan 20-si İsrail vətəndaşı, 7-si fələstinli, digərləri isə Rusiya və Qafqazdan gələn mühacirlər olublar.

visiontv.az