İranın Suriyada, Livanda və Yəməndə siyasi-hərbi mövqeyi planlı şəkildə sıradan çıxarılır. Növbəti mərhələdə İran rejiminin devrilməsidir. Vaxtilə ABŞ sabiq prezidenti C. Buşun Rusiya -Şimali Koreya və İranı nəzərdə tutaraq "Şər üçbucağı" elan etdiyi bloka qarşı həmlələr reallaşıb. Məhz bu blokun üzvü olan İran Yaxın Şərqdə öz qürubunu yaşayır.
D.Trampın yenidən prezident seçilməsi, Tehran rejimi üçün çətin bir proseslərin başlanmasina gətirib çıxaracaq. Ötən gün prezident C. Baydenin İran nüvə obyektlərinə zərbə "endirilməməsi" kimi tapşırığı da növbəti mərhələdə "endirilsin" siyasətin tərkib hissəsidir. Bir növ İranın hərbi və nüvə mərkəzləri hədəf halına gətirilir.
İranin Livanda "Hizbullaha" maliyyə və logistika dəstəyi də kəsilir. Tehranın göndərdiyi Təyyarənin Livan təhlükəsizlik orqanları tərəfindən yoxlanışa məruz qalması, tapılan pulların Livan hökumətinəvqalacağı vurğulandı. Livan hökuməti İranla əməkdaşlığa son verməklə, Tehranın Aralıq dənizinə çıxmasının qarşısı alındı. Tehran rejimi Yaxın Şərqdə siyasi -hərbi təsiri fiaskoya uğrayır. Artıq D.Tramp Tehran rejimini hədəfə alacaq. İrana qarşı hərbi əməliyyatlar istisna deyil. SEPAH mövqeyi kifayət qədər zəifləyib. Məhz özünü "doğrultmaq" üçün Azərbaycanı hədəf seçib.
İran İnqilab Keşikçiləri korpusu (SEPAH)-ın Azərbaycan və Türkiyəni hədəfə gətirməsi bu ölkə daxilində yeni parçalanmaya gətirib çıxara bilər. Azərbaycan İrandan gələ biləcək təhlükələrə hazır olmalı və təhlükəsizlik tədbirlərinin artırmalıdır. Türkiyə ilə Azərbaycan kordinasiya çalışaraq Tehrana xəbərdarlıq yenidən etməlidir.
Tehran rejimi Azərbaycanın Türkiyə ilə Suriyada əməkdaşlıq etməsini və Ermənistanla münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişlərdən narahatdır. Həmçinin "Zəngəzur" dəhlizinin açılmasının reallaşmasını qəbul etmək istəmir.
Demək olar ki, yeni geosiyasi nizam İran rejiminin əleyhinə işləyir. Qonşularla normal münasibətlər qurmaması, Azərbaycan və Türkiyə qarşı düşmənçilik fəaliyyəti Tehran rejimini təkləyir. Halbuki, molla rejimi Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurardısa, bu ölkəyə artan təzyiqlər fonunda İslam dünyasında İrana dəstək verilə bilərdi.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az