Məhəmmədrza Arif: “İran dövrü başladı”
09.04.2026

ABŞ ilə atəşkəs elan olunmasından sonra İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif “X” hesabında paylaşım edərək atəşkəsi “qələbə” kimi dəyərləndirib.

Arif bildirib ki, dünya yeni bir güc mərkəzi ilə qarşılaşıb və “İran dövrü” başlayıb.

"Qələbəyə sabahınız xeyir! Bu gün tarix bir səhifə çevirdi: dünya yeni bir güc mərkəzini qarşıladı və İran dövrü başladı. Ey qəlbləri və gözləri dəyişdirən, ey gecəni və gündüzü idarə edən, ey zamanları və dövlətləri dəyişdirən, dövlətimizi daha yaxşıya doğru dəyişdir!", - deyə, Arif vurğulayıb.

visiontv.az