İran öz istehsalı olan ağır qırıcı təyyarəni sınağa hazırlayır
21.10.2026

İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi ölkənin öz istehsalı olan ağır qırıcı təyyarəsinin 2027-ci ildə uçuş sınaqlarından keçirilməsinin planlaşdırıldığını bildirib.

Nazir açıqlamasında “Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il havaya qalxacaq” deyib.

Əxlaqinin sözlərinə görə, təyyarənin 2026-cı ildə yerüstü hərəkət sınaqlarına başlanması nəzərdə tutulur. O, qırıcının tamamilə İran daxilində istehsal edildiyini vurğulayıb.

visiontv.az