İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi “Hicab və İffət Qanunu” barəsində verilən qərarlardan heç bir xəbər verilməməsini tənqid edib.
“Bu ölkədə qanunlara hörmət edilir, yoxsa yox? Əgər qanunun təsdiqlənməsi nəzərdə tutulur, ancaq icra olunmursa, bu bizə hansı güc verir? Qəbul edilən qanun hamı üçün məcburidir. Qanun barəsində bir xəbər verməyəcəksinizsə, parlamenti bağlayın, daha az elektrik sərf olunsun”, - deyə, millət vəkili bildirib.
visiontv.az