İranın Simnan əyalətində əksəeiyyəti xaricdə yaşayan 22 nəfərin əmlakı müsadirə olunub.
Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb.
Onlar, "müharibə dövrü ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət"də və "düşmən dövlətlərlə əməkdaşlıq"da günahlandırılıblar.
Bu şəxslərin bütün daşınar və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.
Aralarında jurnalist, siyasi şərhçi, idmançı və hüquq müdafiəçilərinin də olduğu bu şəxslərin bütün daşınan və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.
visiontv.az