ABŞ-ın BMT-dəki səfiri Mayk Ualtz “Fox News”a verdiyi müsahibədə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanması ilə bağlı “oyunu ağıllı şəkildə dəyişərək” İran hakimiyyətinə qarşı dəniz blokadası tətbiq edib.
O deyib ki, hazırda İran razılaşma əldə etmək üçün faktiki olaraq çıxılmaz vəziyyətdədir və buna görə də intensiv səylər göstərir.
Voldzun sözlərinə görə, İranın milli valyutası dəyərdən düşüb, valyuta ehtiyatları tükənmək üzrədir və demək olar ki, bitib. “Onların artıq nefti saxlamaq üçün yerləri yoxdur. Biz yalnız ABŞ-ın güclü donanması ilə neftin çıxarılmasının qarşısını almamışıq, həm də boş tanker gəmilərinin daxil olmasını belə dayandırmışıq,” — deyə o bildirib.
O əlavə edib ki, İran artıq maaşları ödəməkdə çətinlik çəkir: “Onlar həqiqətən də nə hərbçilərinə, nə də dövlət işçilərinə maaş verə bilirlər. Tam şəkildə razılaşmaya nail olmaq üçün çıxılmaz vəziyyətdə çalışırlar.”
O həmçinin İranın BMT-nin İnsan Haqları Komissiyasında üzvlüyünü “utandırıcı və gülünc” adlandırıb və bildirib ki, ABŞ məhz bu səbəbdən təşkilatın bəzi strukturlarından uzaqlaşıb və maliyyə dəstəyini azaldıb.
visiontv.az