Müharibədə İrana dəyən ziyanın məbləği açıqlanıb
06.05.2026

İsrail və ABŞ-nin İran infrastrukturuna 40 gün müharibə ərzində vurduğu zərər 270 milyard dollar olaraq qiymətləndirilir.

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. O, zərərin miqyasının daha geniş olması ehtimalına işarə edib: "Birbaşa və dolayı zərərləri də əhatə edən bu rəqəm ilkin qiymətləndirmə hesab olunur və tam deyil". İranın Ümumdaxili Məhsulunun (ÜDM) 450 milyard dollar olduğuna görə, ölkənin müharibə nəticəsində zərəri ÜDM-ə nisbəti 60 faizə çatıb.

visiontv.az